Avqustun 10-dan avtobusdakı sıxlığa necə nəzarət ediləcək? – Videobackend

“İnsanlardan xahiş edirik ki, harasa tələsmirlərsə, evdən çıxma planlarını səhər və axşam saatlarına salmasınlar”.

Busaat.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, metronun bağlı olması ictimai nəqliyyatda sıxlığa səbəb olur:

“Mümkün qədər avtobuslar cəlb edilib, qarajlarda bir dənə də avtobus qalmayıb. Yolların idarə olunması həyata keçirilir. Günün iki pik hissəsində bu sıxlıqlar olur. İnsanlardan xahiş edirik ki, harasa tələsmirlərsə, evdən çıxma planlarını səhər və axşam saatlarına salmasınlar. Yalnız avtobusların sayını artırmaqla sıxlığı aradan qaldırmaq mümkün deyil”.