Avrokubok oyunlarının vaxtı ilə bağlı AÇIQLAMAbackend

UEFA İcraiyyə Komitəsinin iclasının gündəliyi açıqlanıb.

Busaat.az xəbər verir ki, toplantı iki mərhələdən ibarət olacaq. Videokonfrans 17-18 iyunda baş tutacaq.

İclasda 2019/2020 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələləri, eyni turnirlərin 2020/2021 mövsümü üçün təsnifat, pley-off və qrup mərhələləri ilə bağlı məsələyə baxılacaq.

Hazırkı mövsüm Çempionlar Liqasında 1/4 final final oyunları, qadınlar arasında 2020/2021 Çempionlar Liqası mövsümünün və 2019/2020 UEFA Gənclər Liqasının qalan oyunlarının təqvimi də müzakirə ediləcək.

Bundan başqa, yığma komanda yarışlarından AVRO-2020-nin keçirilmə yeri və oyunlarının təqvimi, AVRO-2020-nin pley-off mərhələsi, UEFA Millətlər Liqasının 2020/2021 mövsümünün təqviminin yenidən qurulması, 21 yaşadək futbolçular arasında Avropa çempionatının təqvim və formatı, 2019/2020 mövsümündə 17 yaşadək qızlar arasında və 19 yaşadək oğlanlar arasında Avropa çempionatının təqvim və formatı, futzal yarışlarına dair yenilənmiş informasiya məsələləri gündəlikdə yer alıb.

İkinci iclas gününün əsas müzakirələri isə 2022-ci il dünya çempionatının seçmə mərhələsinin püşkatma proseduru, klub lisenziyalaşması və Maliyyə Feyr-Pleyi qaydaları, UEFA-nın rəhbər tələbləri ətrafında aparılacaq.

İlk günün yekununda UEFA prezidenti Aleksander Çeferin mətbuat konfransı keçirəcək.(teleqraf)