“.az” domeninin qeydiyyatına başlanılmasından 30 il keçir

image-domenbackend

Bu gün Azərbaycanın “.az” kodlu milli domeninin qeydiyyatına başlanılmasından 30 il keçir.

Busaat.az xəbər verir ki, hazırda “.az” domeni ilə həm birbaşa, həm də 11 subdomen üzrə qeydiyyat mümkündür.

Son statistikaya görə, ölkə üzrə 42 363 domen satışı həyata keçirilib ki, bunun da 39 634-ü birbaşa “.az” domeninin payına düşür.

Bu ilin əvvəlindən 7 462 domen qeydiyyatı ləğv edilib, 8 198 domen isə qeydiyyata alınıb.

Domen Miqdarı
NAME.AZ 12
PP.AZ 19
PRO.AZ 26
INT.AZ 28
BIZ.AZ 32
NET.AZ 89
INFO.AZ 100
CO.AZ 174
ORG.AZ 178
EDU.AZ 584
COM.AZ 1487
AZ 39634
Cəmi : 42363
İlin əvvəlindən ləğv olunan domenlər: 7462
İlin əvvəlindən qeydiyyata düşən domenlər: 8198
Təqdim olunan domenlər: 32515

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki