“Azad Rəhimovun vəfatı xəbəri hamımızı dərindən kədərləndirir” – Mikayıl Cabbarov

“Azad Rəhimovun vəfatı xəbəri hamımızı dərindən kədərləndirir” – Mikayıl Cabbarovbackend

“Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı xəbəri hamımızı dərindən kədərləndirir”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində yazıb:

“Azad müəllim sadəliyi, işgüzarlığı ilə seçilən, gülərüz, həyat eşqi ilə dolu insan idi. Vətəninə sadiq, dövlətini sevən, xalqına bağlı ictimai xadim, hamıya qayğı ilə yanaşan səmimi dost idi Azad müəllim. Həmkarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Ailəsinə və yaxınlarına səbir diləyirəm, bu itki hər birimizi dərindən ağrıtdı. Allah rəhmət eləsin”.

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90