Azərbaycan cüdoçuları Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan cüdoçuları Avropa çempionatında mübarizəyə başlayırbackend

Bu gün Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı start götürəcək.

Busaat.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 idmançısı döşək üzərinə çıxacaq.

Kişilərin mübarizəsində 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə 1/16 finalda Moldova təmsilçisi Vadim Bunesku, Orxan Səfərov isə italiyalı Manuel Lombardo ilə qarşılaşacaq.

Qadınlardan 48 kq-da Aişə Qurbanlı Distria Krasniç (Kosovo), Leyla Əliyeva Katarina Mentsi (Almaniya) məğlub etməyə çalışacaq. Hər iki cüdoçu mübarizəyə 1/8 finaldan start verəcək. 52 kq-da Gültac Məmmədəliyeva 1/8 final görüşündə gürcüstanlı Tetyana Levitska-Şukvani ilə qüvvəsini sınayacaq. 57 kq-da isə Aleksandra-Larisa Florian Niderland idmançısı Sanne Verhagenlə üz-üzə gələcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90