Azərbaycan diplomatik nümayəndəliklərinin sayını artırır.
Busaat.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə Twiter səhifəsində yazıb.
Diplomat qeyd edib: “Azərbaycanın xarici siyasəti mehriban qonşuluq, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan Albaniyada, İsraildə, Keniyada səfirliklər, habelə BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəlik və Fələstində Təmsilçilik Ofisi açmaqla diplomatik nümayəndəliklərinin sayını artırır”.