Azərbaycan futbol tarixinin növbəti rüsvayçılıq səhifəsi yazıldı – Hakim rəzalətləri niyə bitmir

image-1620026202_mg-20210503-wa0000backend

Yaşadığımız Ramazan ayının ötən cümə axşamı ölkə futbolu adına çox qızğın keçdi və həmin gün Azərbaycan futbol tarixinin növbəti rüsvayçılıq səhifəsi yazıldı. Azarkeşlərin fikrini qarışdıran çox olaylar gerçəkləşdi. Ölkə kubokunun yarımfinal mərhələsində “Zirə” ilə “Keşlə” arasında keçirilən cavab oyununda FİFA referisi Elçin Məsiyevin qalmaqallı idarəçiliyi vurğulanan çoxsaylı olaylardan sadəcə, biri oldu və milli futbolumuzda qərəzli hakimliklə bağlı səngiməyən müzakirələri daha da alovlandırdı.

Bəlkə də belə demək doğru deyil, lakin hakim Elçin Məsiyev və Rəşad Sadıxovun komandasının finala buraxılmasını istəməyən hər kəs “Zirə Olimpiya Stadionu”nda yaşanan özbaşınalığa görə cavab verməlidir. Əslində, obyektiv baxılsa, “partlayış” hələ bir neçə gün əvvəl, “Zirə” FK-nın rəsmi şəxslərinin yarımfinal matçına “Keşlə”yə rəğbəti ilə seçilən, yuxarıların əmri ilə bu komandanın rəqiblərini “zərərsizləşdirən” Elçin Məsiyevin təyinat aldığına dair informasiya əldə etdiklərində baş verməli idi.

Ancaq hakimin özünün və köməkçilərinin gurultulu bəyanatları gülməli olduğu qədər, AFFA təmsilçilərini də demək olar, heç kim eşitmirdi. Hamı vahimə içərisində penalti təyin olunan epizodun videotəkrarına baxırdı. Bəlkə də yatmağa, bəkə də üsyan etməyə getdilər… Hakim öz tapşırığını artıqlaması ilə yerinə yetirdi. Amma cümə günü hər kəs oyanacaqdı axı. O matçdakı bütün problemlər də ötəri idi. Problemlər yox olacaq, AFFA-dan asılı olmayan komandalara qarşı oyunların hakimliyi isə tarixdə qalacaq. Belə görürəm, çox az adam bu problemlə nə edəcəyini və necə sərt reaksiya verəcəyini bilmir.

Hakimliklə əlaqədar problem həll etmək olar, çünki o məsələni eybəcər sızanaq kimi sıxıb boşaltmaq mümkündür, daha sonra onun ətrafında hamar və gözəl dəri qalacaq. Lakin problemi “yuxarı”dan həll etmək, qalstuklu adamları “təmizləmək” daha çətindir. Son dövrlərdə bizim futbol yarışlardan, Premyer-Liqadan daha çox baş açmaq çətin olan qarışıqlığa bənzəyir. Zirədə yaşananları ağrı ilə qavramağımız ondan xəbər verir ki, əslində, biz o hadisələrə alışmışıq, onlara hazırıq.

2000-ci illərin əvvəllərini xatırlayın. O zaman hər turda bir neçə analoji hal təkrarlanırdı. Hətta regionlarda keçirilən oyunlara ezamiyyətə getmək az qala döyüş əməliyyatları zonasına daxil olmağı xatırladırdı. İndi heç də elə deyil. Zərər çəkən insanlara, komandaya çox heyf, onlara sağlamlıq arzulamaq lazəmdır. Lakin qəti qənaətimiz budur ki, belə hallar qlobal miqyasda təkrarlanmamalıdır. Lakin ötən həftə bundan da betər eybəcərlik Masazırda təkrarlandı. Hakim Vüqar Həsənlinin “Sabah” və AFFA-nın başqa bir protejesi, futbolumuzun flaqmanı sayılan “Neftçi” arasında keçirilən oyunda çıxardığı şou hələ uzun müddət danışılacaq. Oyunçulara 3, məşqçiyə isə 1 qırmızı vərəqənin verildiyi, 3 penaltinin təyin olunduğu matçdan sonra AFFA hakimi cəzalandırmaq və daxili təhqiqat aparmaqla işini bitmiş saydı. Bu gün çıxıb nə deyəcəklər, bilinmir…

Belə təxmin edilirdi ki, “Sabah” – “Neftçi” matçından sonra görülən sərt tədbirlər – Vüqar Həsənlinin qeyri-müəyyən müddətə hakimlikdən uzaqlaşdırılması gərginliyi nisbətən azaldacaq. Ancaq Elçin Məsiyevin Zirədəki “iş”i heç də az narazılıq doğurmayıb. “Zirə”nin məşqçiləri ilə azarkeşlərinin hiddəti anlaşılandır. Düşünürlər ki, sona qədər saxlaya bilmədik, haradasa, özümüz də günahkarıq. Burada hər şeyi hakimliyin üzərinə yıxmaq daha asan olardı. Amma vəziyyət təsəvvür edildiyindən daha mürəkkəbdir. Hakimlərin ardıcıl iki idarəçiliyi ilə bağlı həyəcan çox narahatedicidir. Açıq deyirəm, bu narahatlıq hər yerdədir.

Kluarlarda arası kəsilməyən söhbətlərdə hətta səbəbi dilə gətirməkdən utanmırlar. Səbəb üzdə idi və bu söhbətlərin başlayacağını AFFA-da başa düşməyə bilməzdilər. Lakin iki qadının piştaxta arxasındakı söhbəti bir, vəziyyətin o iki qadının söhbətində təsvir olunduğu kimi şəkil alması isə tamam başqa işdir.

Bir neçə gün əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçsonrası mətbuat konfransında çıxış edib. Adətən, təmkinli və səbrli olan baş məşqçi çoxdan “dolmuş” ürəyini boşaldaraq bildirdi ki, onun komandasına heç də idman prinsiplərinə uyğun qaydada yanaşmırlar. Həqiqətən, bu, AFFA-ya hədəflənən mesaj idi və onlar sayıqlığı itirməməli idilər. Amma yenə olan, oldu. Yaxşı, yuxarıda bəhs olunan iki qalmaqallı matçla Qurban Qurbanovun mətbuat konfransını birləşdirən nədir? Bu iki məqamı birləşdirən bağlar futbol meydançalarına deyil, “yuxarı”dakıların kabinetinə uzanır.

“Qarabağ”, “Zirə” və “Sabah” komandalarına yönəlik səhvlər və qəbul olunan qərarların yumşaqlığı aşkar görünür. Belə durumlarda deyilir: “Bir tərəfə fit çalmaq”. Birtərəfli çalınan fitlər heç bir ölçüyə sığmır. Uzun illər futbol sahəsində çalışan və bütün “yeraltı axın”ları bilən insanlar məhz o məqamlara diqqət yetirirlər. Belə hakimlik Azərbaycan futbolunda yer alan hər kəsi yaralayır, bu şəraitdə kimsə bir-birinə, ən çox da azarkeşlərin anlamadıqları avstriyalı Ştuxlikə
inanmır. Siz indiki vəziyyətdə çaşqınlıq, qıcıq və hiddət içərisində olan komandaların və şəxslərin çevrəsini çox asanlıqla cıza bilərsiniz.

Bizim hər birimiz digərinə şans verməyə hazırıq, kimlərinsə sözü ilk deyilişdən anlamaması bizi əsəbləşdirir. Sadəcə, təsəvvür etmirəm, necə ola bilər ki, burada arzuedilməz əlamətə çevriləcək “edam”a əl atmayasan? İstisna etmirəm ki, Məsiyev (ondan əvvəl Həsənli) “edam kürsüsü”nə yalnız ram edilmək xatirinə deyil, daha vacib məqsədlər naminə “çıxarılacaq”.
Onların hakimlikdən uzaqlaşdırılmalarının “zəncir”i isə çox uzaqlara uzana bilər. XalqXeber.Az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90