Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının Azərbaycan xalqına 28 May təbriki

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının Azərbaycan xalqına 28 May təbrikibackend

28 may xalqımızın şanlı tarixinə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günü kimi daxil olmuşdur.

Bu gün bu tarixdən 102 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc və qürur hissi ilə qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin siyasi iradəsi ilə Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Və bu gün möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bu ənənələr uğurla davam etdirilir.

Bu gün bu əlamətdar tarix münasibətilə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması adından bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq, birlik və həmrəylik arzulayırıq.

Respublika gününüz mübarək olsun!

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90