“Azərbaycan Türkiyə ilə Rusiya arasında körpü rolunu oynayır” – Şərh

image-3fa2a941036612a44bfc2b6ebe6af3cbbackend

“Azərbaycan genişçaplı ittifaqlarda yer ala bilməz”.

Bunu Bakının Moskva bəyannaməsini imzalaması fonunda Ankara ilə münasibətlərini təhlil edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin politoloqu Turan Rzayev Busaat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakının Moskva bəyannaməsini imzalaması Ankara ilə münasibətləri korlamayacaq:

image-1633520950

“Məsələ ondadır ki, Azərbaycanın regionda əsas müttəfiqi Türkiyədir. Rəsmi Bakı Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”ni imzalamadan öncə Türkiyə tərəfi ilə müvafiq məsləhətləşmələr aparılıb. Prinsip etibarilə Azərbaycan ilə Rusiyanın Şuşa Bəyannaməsi bənzəri bir bəyannamə imzalaması Ankaranın da maraqlarına uyğundur. İndiki mərhələdə Azərbaycan NATO üzvü olan Türkiyə ilə Rusiya arasında körpü rolunu oynayır. Azərbaycanın Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”ni imzalaması rəsmi Bakının Kremlin qurmaq istədiyi “ittifaq dövləti” modelinə qoşulması demək deyil. Hər şeydən öncə bir nüansı qeyd etmək lazımdır ki, rəsmi Bakı Qoşulmama Hərəkatına üzvdür. Yəni, Azərbaycan genişçaplı ittifaqlarda yer ala bilməz.

Digər tərəfdən Azərbaycanın belə bir niyyəti olsa idi, çoxdan KTMT-yə üzv olardı. Rəsmi Bakı bütün hallarda Qoşulmama Hərəkatının üzvü və sədridir. Təsadüfi deyil ki, 2021-ci ildə QH üzvləri Azərbaycana müraciət edərək, sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş edib, Azərbaycan isə bu təkliflə razılaşıb”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90