Məzmuna keç
  • Azeri Light125.00 $▲2.05%
  • Brent neft109.66 $▼0.50%
  • WTI neft100.39 $▼1.02%
  • Avropa qazı (TTF)96.92 €▼1.95%
  • Təbii qaz (ABŞ)2.943 $▼2.81%
  • Qızıl4 033 $▼0.45%
  • Gümüş52.06 $▼2.29%
  • Pambıq78.38 ¢▲0.15%
  • Buğda597.50 ¢▼0.33%
  • Bitcoin80 200 $▼1.29%
  • Ethereum2 323 $▼1.44%
  • S&P 5007 719▼0.38%
14°Bakı
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
Serencam

Azərbaycan Ukraynaya humanitar yardım ayırdı - SƏRƏNCAM

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

Busaat.az  xəbər verir ki, Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir:

“Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilmişdir.

Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci il 22 may tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2022-ci il 14 yanvar tarixli “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi” əsasında inkişaf edir”.

Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=158091