Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə görüşü planlaşdırılır

image-assambackend

“BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır”.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko deyib.

“Hazırda həmsədrlər üçlüyünün Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü planlaşdırılır. Bu baş verərsə, iki ölkə arasında münasibətlərin normallaşma prosesinin praktiki konturlarının əldə edilməsi baxımından müsbət işarə olacaq”, – deyə Rudenko qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90