Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb

image-idxalbackend

2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 648 milyon 457 min dollar dəyərində 35 570 ədəd avtomobil idxal olunub.

Bu barədə Busaat.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 11.7% və ya 4 694 ədəd azalıb, dəyəri isə 6% və ya 36.5 milyon dollar artıb 2023-cü ilin müvafiq dövründə Azərbaycana 611 milyon 967 min dollar dəyərində 40 264 ədəd avtomobil idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 54% və ya 438 ədəd avtomobil artaraq 1250 ədəd təşkil edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki