Rusiyanın baytar və fitosanitar nəzarət üzrə Federal Agentliyi “Rosselxnadzor” mayın 14-dən etibarən Azərbaycanın 30 müəssisəsinin ölkəyə pomidor ixrac etməsinə icazə verib.
Bu barədə qurumdan yayılan məlumatda bildirilib.
Məlumata əsasən, qərar birgə videoyoxlanış zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının yekunları, eləcə də Azərbaycan Qida təhlükəsizliyi Agentliyinin təminatı əsasənda qəbul olunub.
Qeyd edək ki, hələ ötən ilin dekabr ayında “Rosselxnadzor” Azərbaycandan idxal olunan pomidorlarda Cənubi Amerika güvəsi aşkar olunduğunu bəyan edərək müvəqqəti məhdudiyyətlər tətbiq edib./Oxu.az