Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.61 $▲0.95%
  • WTI neft84.81 $▼0.24%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.162 $▲2.43%
  • Qızıl3 786 $▼2.35%
  • Gümüş45.81 $▼3.54%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.75 ¢▲1.04%
  • Bitcoin64 354 $▼0.80%
  • Ethereum1 802 $▼1.12%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Hadisə

Azərbaycanda ağır yol qəzası - Ölən və yaralananlar var + FOTOLAR

image-xestexana
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kürdəmirin Atakişili kəndində baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

Busaat.az “Report”a istinadən xəbər verir ki, “Toyota Prius”ın sürücüsü və sərnişinləri bu gün 15 İyun Milli Qurtuluş günü münasibətilə Mingəçevir şəhərində baş tutacaq konsert proqramına səhnə konstruksiyalarını quraşdırmaq üçün gedirlərmiş. Hadisə səhər saat 5:00 radələrində baş verib.

Qeyd edək ki, Bakı şəhər sakini, 24 yaşlı Xasıyanov Ruslan Əli oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış, Bərdə rayon sakini 26 yaşlı Allahverdiyev Salman Lətif oğluna məxsus “Mercedes” markalı yük maşınına çırpılıb. Nəticədə “Toyota Prius”un sərnişini, 23 yaşlı Mənsimov Elnur Cavanşir oğlu hadisə yerindəcə dünyasını dəyişib.

Qəza zamanı habelə sürücü və digər sərnişinlər – Bakı şəhər sakinləri – 32 yaşlı Qasımov Vahid Hüseynağa oğlu və 1991-ci il təvəllüdlü Səmədov İslam Rövşən oğlu, eləcə də “Mercedes” in sürücüsü S.Allahverdiyev ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112762