Azərbaycanda axund faciəvi şəkildə öldü

image-1667328077_yas3backend

Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.

Busaat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran gerional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Lent.az-a bildirib ki, hadisə 18 noyabr saat 19 radələrində Lənkəran rayon Mamusta kəndində baş verib:

“Rayon sakini S. Abbasov idarə etdiyi motosikletlə hərəkətdə olarkən piyada qismində olan həmin kəndin sakini 47 yaşlı Əkrəm Hüseynovu vurub. Qapalı kəllə beyin travması alan Ə.Hüseynov xəstəxanaya çatdırılıb, lakin bir neçə saatdan sonra orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, Ə. Hüseynov rayonun Kosalar kənd məscidinin axundudur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90