Azərbaycanda daha 1202 yeni yoluxma qeydə alındı, 18 nəfər vəfat etdibackend

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 202 yeni yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Busaat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 18 nəfər COVID-19-dan vəfat edib.