Azərbaycanda dərman qıtlığı var?

Azərbaycanda dərman qıtlığı var?backend

“Bu gün nəticəsi pozitiv olan şəxslər SMS vasitəsilə icazə alıb çölə çıxa bilmirlər. Çünki yeni yaradılan sistem buna imkan vermir”.

Busaat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, kimsə xəstədirsə, test verməyibsə və nəticəsini bilmirsə, məsuliyyət hiss edib özünü izolyasiya etsin: “Çünki biz həmin insanlarla bağlı nəsə deyə bilmirik”.

Y.Qarayeva onu da qeyd edib ki, apteklərdə dərman qıtlığı ilə bağlı TƏBİB hər hansı səlahiyyətə malik deyil: “Bizim üçün önəmli olan xəstəxanalardakı xəstələrin dərman təminatının yüksək səviyyədə təşkilidir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90