Azərbaycanda dilimizdən xəbərsiz şəxs partiya yaratdı – Dövlətçilik təhlükədəbackend

Azərbaycanda iki yeni siyasi partiya qeydiyyata alınıb.

Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyat ilə bağlı təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

Bununla bağlı, aprel ayının 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib.

Hokm.az Yeni Zaman Partiyası haqda maraqlı məlumatlar əldə edib. Belə ki, Yeni Zaman Partiya və partiya rəhbərliyi haqqında məlumatlara göz gəzdirdiyimiz zaman məlum olur ki, Musa Ağayev “Yenizaman.az” və “novoye-vremya.com” xəbər portallarının və “Novoya Vremya” qəzetinin təsisçisidi. Saytların məsul şəxsi isə qardaşı Şakir Ağayevdir. Eyni zamanda məlum olub ki, Musa Ağayev 2020-ci il 9 fevral növbədənkənar seçkilərdə deputatlığa namizəd olub.
Musa Ağayevin müsahibəsində partiyanın üzv sayı barədə maraqlı açıqlaması da olub.

“– Partiyanızın nə qədər üzvü var? 

–  11 minə yaxın üzvümüz, 28 rayon təşkilatımız var. Amma mən təkcə üzvlərin sayının çox olmasının tərəfdarı deyiləm. Üzvlərin sayını 50-100 min elə, nə olsun? Partiyanın tərəfdarı çox olmalıdır. Amerikada Respublikaçılar və Demokratların milyonlarla üzvü yoxdur. Söhbət ondan gedir ki, partiyanın yekdil proqramı olmalıdır, o proqramı çatdırmaq lazımdır. Müasir dövrdə internet var, sosial şəbəkələr var. İnsanları buna alışdırmaq, inandırmaq lazımdır ki, mən hansı üsullarla, nə edə bilərəm.” (pressklub.az)

Lakin bizim bu gün təqdim etdiyimiz görüntüdə Musa Ağayevin seçicilərlə olan görüşündən hazırlanmış materialı təqdim etməzdən əvvəl qeyd edək ki, ana dilində bilməyən, Azərbaycan dilində yazı qabiliyyəti olmayan, Ölkə başçısı və Vitse-Prezidentin adını belə yaza bilməyən insanlar necə partiya yaratmaq cəsarətini özlərində görürlər… Sadalananlara hörmətsizliklə yanaşı, bu cür şəxslərin hansısa elektorata sahib olması, ətraflarına insanları toplaması ölkənin gələcəyi üçün təhlükəsi nə qədərdi? Ola bilər ki, Musa və Şakir bəy uzun müddət rusdilli media mərkəzi işlətdikləri üçün Azərbaycan dilini unudublar.

Bunlardan əlavə olaraq, jurnalist Samir Feyruzov özünün “Facebook” səhifəsində yeni qeydiyyata alınmış partiya sədri haqqında maraq kəsb edəcək məlumat paylaşıb:

“Apardığım araşdırma nəticəsində bəlli oldu ki, M.Ağayev partiya sədri olmaqla bərabər, həm də “Novoye Vremya” qəzetinin təsisçisidir. Amma M.Ağayevlə bağlı ilginc bir informasiya əldə etdim.

Belə ki, jurnalistlər üçün tikilmiş 2-ci binadan 2017-ci ildə mənzil almış Nailə Şahvələd qızı Nağıyeva M.Ağayevin həyat yoldaşıdır. Amma məsələ bunda da deyil. Nailə Nağıyeva 194 №-li orta məktəbdə astronomiya, fizika müəlliməsi işləyir. Yəni, jurnalistlər binasından fizika müəlliməsi mənzil alıb. “Alıb…”. Nailə xanım 1975-ci il təvəllüdlüdür (13.10.1975), 2006-cı il dekabrın 1-dən isə bu günə qədər 194 №-li məktəbdə müəllimə işləyir.

Ən dəhşətlisi isə budur ki, N.Nağıyeva bircə gün belə “Novoye Vremya” qəzetinin redaksiyasına gəlməyib. Google”-da axtarış zamanı isə, N.Nağıyevanın imzası olan bircə yazı belə tapılmadı”.