Azərbaycanda “Xalq” və “Əməkdar” fəxri adlarına görə Prezident təqaüdü alan şəxslərin sayı açıqlanıb.
Busaat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü il oktyabrın 1-i vəziyyətinə ümumilikdə 4862 nəfər fəxri adlara görə aylıq Prezident təqaüdü alır.
Belə ki, hazırda “Xalq” fəxri adına görə 259 nəfərə ayda 200 manat təqaüd ödənilir.
4603 nəfər isə “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd alır.