Azərbaycanda koronavirus nə zaman bitəcək? – AÇIQLAMAbackend

Azərbaycanda mayın 11-dək virus gəzdirən xəstələrimizin müddəti artıq qurtarır.

Busaat.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında baş infeksionist Cəlal İsayev deyib.

Onun sözlərinə görə, artıq biz mayın ikinci ongünlüyündən etibarən koronavirus epidemiyası təhlükəsinin azalmasını müşahidə edəcəyik. “Artıq COVİD-19 infeksiyasının sönmə prosesi başlayıb və bu proses may ayında daha da sürətlənəcək. Mayın 10-dan sonra isə demək olar ki, virus gəzdirən insanlarımız inkubasiya müddəti bitir”- C. İsayev bildirib.

O, əlavə edib ki, pandemiya ilə bağlı palet dövrü arxada qaldığından və müsbət dinamika davam etdiyindən mayın ikinci yarısında Azərbaycan tamamilə karantin rejimindən çıxa bilər.

Bununla belə baş infeksionist əlavə edib ki, bütün bunlara baxmayaraq cəmiyyətdə virus saxlana bilər və ona görə də biz ehtiyat tədbirlərimizi əldən verməməliyik: “Hətta karantin rejimi ləğv edilsə belə, biz bir müddət bu qaydalara ciddi əməl etməliyik”.

İkinci dalğanın olamasına gəldikdə isə C. İsayev bildirib ki, bu proses daha çox insanlarımızdan asılıdır: “Karantin rejimin yumşaldılması prosesi gedir. Amma bu demək deyil ki, qaydalara, tövsiyyələrə əməl etməyim, buna yol vermək olmaz. Tövsiyyə və qaydalara ciddi əməl olunmalıdır. Bacardığımız qədər özümüzü qorumalıyıq. Nəinki özümüzü başqalarını da… İndi necə hərəkət ediriksə, onda da elə hərəkət etməliyik. İnsanların çox olduğu yerlərə getməkdən, təmaslardan maksimum çəkinməliyik. Gigiyenik qaydalara ciddi əməl olunmalıdır”.