Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 776 $▼2.12%
  • Ethereum1 892 $▼1.85%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Sosial

Azərbaycanda qanunsuz miqrantlar necə saxlanılır?

image-ictimai-sura
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

JSİD – Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin Sədri, tanınmış telejurnalist, “MTV Azərbaycan” Televiziyasının Baş Redaktoru, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü Günel Gözəlova:

“Bu gün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvləri olaraq Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə monitorinq səfəri etdik. Məqsədimiz bəlli idi, amma gördüklərimdən sonra həqiqətən dövlətimlə fəxr etdim. Mərkəzdə yerləşdirilən əcnəbilər üçün yaradılan şərait dünyanın heç bir inkişaf etmiş ölkəsi ilə müqayisədə zəif deyildi, hətta dəfələrlə yüksək səviyyədə idi. Miqrantlar təbii ki, müxtəlif səbəblərlə ölkəmizə üz tutanlar idi, amma qanunu pozduqları üçün təcridxanaya yerləşdirilmişdilər. Onlarla insan, ailələr, körpələr vardı. Yedikləri, yatdıqları, istirahət etdikləri, müayinə və müalicə olunduqları məkanlar demək olar ki, birmənalı bir insanın istirahəti üçün planlanmış şəraitə uyğun idi. Düzünü desəm, əvvəlcə otelə bənzətdim. Mərkəzin rəhbəri Azər bəyə ünvanladığım suallar içərisində “İnternetlə təmin olunurlarmı?”,”Aralarında hamilə qadınlar olarsa, görülən tədbir eyni durumda olan Azərbaycan vətəndaşı ilə müqayisədə fərqlidirmi?” “Körpələrə şəxsi münasibətdə qayğınızı hiss etdim, nə edirsiz?” “Dostları, ailələri ilə görüşmək imkanları varmı və necə?” “Görüntülü olaraq öz vətənləri ilə doğmalarını telefonla araya bilirlərmi?”…və s. Məlum oldu ki, onlar sadəcə bir məkanda toplanıblar, həyatdan təcrid olunmayıblar. Ailələri ilə danışır, görüşürlər, qanun çərçivəsində və mütəmadi. Qaldıqları və istirahət otaqları tər-təmizdir, televizorla təchiz olunub. Vacib ehtiyacları – geyim, dəsmal, başmaq və s. olmaqla təmin edilir. Gündə üç dəfə mental dəyərlərinə uyğun qidalanırlar. Hamilə qadınlar hər hansı sağlıq problemi ilə üzləşərsə, mütləq Respublika Klinik Xəstəxanasına yerləşdirilir, müayinə və müalicə edilir. O ki qaldı Azər müəllimə, körpələrin sevimlisidir, az qala hər gün bir top alan doğmaları… Mən qürur duydum. Təəssüf ki, azərbaycanlı qanunsuz miqrantlarla münasibətdə dünyanın heç bir ölkəsi ilə bağlı bu cür yanaşma eşitmədim”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124798