Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.19 $▼2.00%
  • WTI neft95.41 $▼1.72%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.852 $▼1.11%
  • Qızıl3 953 $▲0.50%
  • Gümüş49.49 $▼0.21%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda593.75 ¢▼1.90%
  • Bitcoin76 689 $▼0.83%
  • Ethereum2 257 $▼0.66%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Texnologiya

Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər

image-dc94db5a-3ee6-41df-9fe9-1af76410ea42elon-musk
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Biz növbəti peykin orbitə buraxılması üçün tender elan edəcəyik. Bu gün dünyada bu sahədə ən aşağı qiyməti təklif edən İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin “Space X” şirkətidir”.

Busaat.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

O vurğulayıb ki, Azərbaycanın 4-cü peykinin 3 ildən sonra – 2025-ci ildə orbitə buraxılması planlaşdırılır: “Əminəm ki, “Space X” yaxşı qiymət verəcək, çünki bütün dünyada, bazarda ən ucuz qiyməti məhz bu şirkət təklif edir. Amma biz indi deyə bilmərik ki, onlarla birlikdə peyki orbitə buraxmağı planlaşdırırıq. Çünki hələ tenderə başlamamışıq. Hələ onlarla kommunikasiya yoxdur. Çünki bizim peyk proqramları hələ iki il sonra olacaq. Növbəti peykimiz yerüstü müşahidə peyki olacaq və “Azersky-2” adlanacaq. Təxminən 2025-ci ilə bu peykin orbitə buraxılması nəzərdə tutulur”.

***

Saməddin Əsədov əlavə edib ki, gələn il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində 6 minə yaxın xarici vətəndaşın gəlməsi gözlənilir: “On günə yaxın davam edəcək tədbirdə 200-ə yaxın seminar, görüşlər və s keçiriləcək. Bu böyük bir tədbirdir. Aiddiyyatı dövlət qurumlarının koordinasiya və planlı iş tələb olunur. Bu ilin əvvəli cənab Prezidentin sərəncamı ilə, Baş nazirin rəhbərliyi ilə təşkilat komitəsi yaradılıb. Biz təşkilat komitəsinin çərçivəsində işlərimizi sürətlə aparırıq. Dövlət qurum və təşkilatlatının dəstəyi ilə biz bu tədbiri yüksək səviyyədə keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, 2-6 oktyabr 2023-cü ildə Azərbaycanda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək.Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92880