Azərbaycanın logistika imkanları multimodal xarakterlidir

image-lbackend

Gəmiçiliyin əsası 1858-ci ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. 2013-cü ildə isə respublikada mövcud olan iki böyük donanma – Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması birləşdirilərək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb. Hazırda Xəzər hövzəsində ən böyük mülki donanmaya malik qurum olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları da daxildir.

Xəzər Dəniz Neft Donanmasının da 60 ildən artıq bir dövrü əhatə edən tarixi şanlı səhifələrlə zəngindir. SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli “Xəzərdə dəniz neft istehsalının inkişafı haqqında” sərəncamı ilə “Azərneft” birliyi, onun tərkibində isə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə “Üzən vasitələr” idarəsi yaradılır. Xəzər Dəniz Neft Donanmasının inkişafı məhz bu tarixdən başlanır. Həmin dövrdə “Artyomneft” və “Stalinneft” dəniz qazma trestlərinin üzmə vasitələri yeni yaradılmış idarənin tərkibinə keçirilir. Bunlar əsas etibarilə “Transportnik”, “Qəbələ”, “BMK-90” tipli kiçik həcmli katerlər, özühərəkətetməyən 20 tonluq üzən kranlar və barjlar idi.

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Həmçinin, vurğulanıb ki, son illər yük daşımalarının həcminin artırılması məqsədilə Azərbaycan müvafiq modernizasiya işləri apararaq, dəniz limanlarının yükaşırma qabiliyyətini 15 milyon tona çatdırıb. Səmərqənd sammitində çıxış edən Azərbaycan Prezidenti yükaşırma qabiliyyətinin 25 milyon tona qədər artırıla bildiyini də vurğuladı.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Bu barədə Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündəki çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə danışarkən bildirib.

“Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər”, – deyən dövlətimizin başçısı qeyd edib ki, bu ilin ilk yeddi ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.

 

İskəndərli Zəhra Şahmurad qız-Nəsimi rayon təhsil işçisi, A D P U

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90