Azərbaycanlı tələbə bacılar dağıntılar altından çıxarıldı

image-1675668229_photo_193823backend

Türkiyədə baş verən zəlzələdə azərbaycanlılar da xəsarət alıb.

Bu barədə Redaktor.az-a Türkiyədə yaşayan jurnalist Nigar Almanqızı məlumat verib.

Onun sözlərinə görə, Kahramanmaraş rayonu, İsmet paşa məhəlləsi, Trabzon prospektindəki binanın dağıntıları altından Sütçü Universitetinin tələbələri Gulşen və Jalə Cəfərova bacıları çıxarılıb.

“Onların hazırda hansı xəstəxanaya aparılmalarını araşdırıram. Telefonları dağıntılar altında qaldığı üçün əlaqə yaratmaq mümkün deyil. Sadəcə olaraq, onlarla birlikdə xilas edilən başqa bir soydaşımızın dediyinə görə, vəziyyətləri ağır olub, hara aparıldıqları barədə onun da məlumatı yoxdur. Gün ərzində sizə yeni məlumatlar göndərəcəyəm”,- deyə həmkarımız əlavə etdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90