Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft92.16 $▼0.34%
  • WTI neft84.44 $▼0.35%
  • Avropa qazı (TTF)86.40 €▲1.08%
  • Təbii qaz (ABŞ)3.173 $▲0.35%
  • Qızıl3 780 $▼0.18%
  • Gümüş45.88 $▲0.15%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.00 ¢▼0.04%
  • Bitcoin64 562 $▼0.48%
  • Ethereum1 810 $▼0.71%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Azərbaycanlılar Saakaşvilini aclığı dayandırmağa belə çağırdılar - Foto

image-muganli
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gürcüstanın Muğanlı kəndinin sakinləri ölkənin keçmiş Prezidenti Mixail Saakaşviliyə dəstək aksiyası keçiriblər.

Busaat.az  “Gazeta.ru”ya istinadən xəbər verir ki, azərbaycanlıların yaşadığı kəndin sakinləri aksiya çərçivəsində Saakaşvilinin adına qoyun kəsiblər. Onlar bununla siyasətçini aclıq aksiyasına son qoymağa çağırıblar.

Bildirilir ki, sakinlər ət, meyvə və digər ərzaq məhsullarını Saakaşvilinin hazırda saxlanıldığı Rustavi həbsxanasının önünə gətirərək onun azad olunması üçün aksiya keçirən iştirakçılara paylayıblar.

Qeyd edək ki, Gürcüstanın Saqareco rayonunda yerləşən Muğanlı kəndində təqribən 2,5 min sakin yaşayır. Sakinlərin əksər hissəsini etnik azərbaycanlılar təşkil edir.

Xatırladaq ki, oktyabrın 1-də səkkiz ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili elə həmin gün saxlanılıb. O, saxlanıldığı gün aclıq aksiyasına başlayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=59768