AzTV-də kütləvi koronavirusa yoluxma – Sədr müavinin də testi pozitiv çıxdı

AzTV-də kütləvi koronavirusa yoluxma – Sədr müavinin də testi pozitiv çıxdıbackend

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də koronavirus sürətlə yayılıb.

Busaat.az Yenicag.az-a istinadən məlumata görə, AzTV-də 50-dən çox əməkdaş koronavirusa yoluxub.

Yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var. Vəzifəli şəxlərlə yanaşı AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir.

Yoluxmanın geniş yayılmasına səbəb isə AzTV-nin operatorlarından birinin koronavirusa yoluxduqdan sonra onu karantinə alıb ancaq onunla ünsiyyətdə olan şəxsləri karantinə almamaları olub. AzTV-də prorektorlarla, sədr müavini ilə yanaşı aparıcıların, texniki işçilərin də yoluxduğu barədə məlumat əldə etmişik. Görünən odur ki, AzTV karantini ciddiyə almayıblar.

AzTV-də hazırda vəziyyətin çox acınacaqlı olduğu bildirilir. Yoluxma sayı göstərir ki, AzTV hazırda karantinə alınmalıdır.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməklə bərabər hər birinə şəfa arzulayırıq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90