AzTV-nin baş redaktoru koronavirusdan vəfat etdi – Pandemiya telekanalda kütləvi hal alır

AzTV-nin baş redaktoru koronavirusdan vəfat etdi – Pandemiya telekanalda kütləvi hal alırbackend

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də Koronavirus Pandemiyasının kütləvi hal aldığını xəbər vermişdik.

Yenicag.az xəbər verir ki, AzTV-də artıq ikinci bu virusdan ölüm halı qeydə alınıb. Belə ki, telekanalın baş redaktoru Etibar Babayev bir neçə saat öncə dünyasını dəyişib.

AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasında gətirilsə də, həkimlər onu Koronavirusdan xilas edə bilmədilər.

AzTV rəsmiləri təkzib etsələr də, təəssüf ki, baş verənlər AzTV-də kütləvi yoluxmanın ciddiliyindən xəbər verir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90