Full Reklam (Busaat)

Koronavirusun onlayn statistikası

AzTV-nin əməkdaşı koronavirusdan vəfat etdibackend

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı koronavirusa yoluxaraq vəfat edib.

AzTV-dən Busaat.az-a verilən məlumata görə, qurumun İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nəcəfzadə Samir bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

QSC kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı verir.

Məlumatda bildirilir ki, hazırda AzTV-nin daha 5 əməkdaşı xəstəxanada müalicə alır, 1 nəfər evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur. “Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir”, – deyə məlumatda qeyd olunur.

160×600 Reklam (AdsGarden) Sol

160×600 Reklam (AdsGarden) Sağ