Bakı-Naxçıvan-Bakı reysinə biletlərin satışı müvəqqəti dayandırılır

Bakı-Naxçıvan-Bakı reysinə biletlərin satışı müvəqqəti dayandırılırbackend

Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı müvəqqəti dayandırılır.

Busaat.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb.

Məlumata görə, ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar, 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.

Satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Qeyd edilir ki, 7 iyul tarixədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək.

Xatırladırıq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar 18 iyun tarixdən həftədə iki dəfə – ikinci və dördüncü günlər yerinə yetiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90