Bakı sakini Cəlilabadda 12 kiloqram narkotiklə saxlanıldı – FOTO

image-1709183116-65e00b1dd45c565e00b1dd45c6170918172565e00b1dd45c265e00b1dd45c4backend

Paytaxt sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayonun Fərzili kəndi ərazisində keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Məmməd Əhmədov saxlanılıb. Həmin şəxsə məxsus idman çantasından hazır bükümlərdə qablaşdırılmış 4,5 kiloqram heroin, 7,5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı onun İrandan qanunsuz yolla ölkə ərazisinə göndərilən həmin narkotik vasitələri paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

image-1709183116_65e00b1dc1cba65e00b1dc1cbb170918172565e00b1dc1cb765e00b1dc1cb8

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki