Bakı şəhər icra hakimiyyətləri Fonda 500 min manat köçürdü

Bakı şəhər icra hakimiyyətləri Fonda 500 min manat köçürdübackend

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) keçirilən operativ müşavirədə paytaxtın Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayon icra hakimiyyətlərinin başçıları aparat kollektivlərinin Prezident İlham Əliyevin təşəbbüsünə qoşulmaq haqqında istəyini bildirərək bir aylıq əmək haqqı vəsaitlərinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi təşəbbüsü ilə çıxış ediblər.

Busaat.az xəbər verir ki, təşəbbüs BŞİH Aparatı və eləcə də paytaxt rayonlarının İcra Hakimiyyətləri tərəfindən fəal dəstəklənib. Koronavirusla Mübarizəyə Dəstək Fonduna paytaxtın şəhər və rayon icra hakimiyyətləri Aparatlarının və paytaxt strukturlarının əməkdaşlarının bir aylıq əmək haqqı həcmində, ümumilikdə 500 min manat vəsait köçürülüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90