Bakıda “BMW”nin vurduğu moped yandı, sürücü komaya düşdü – FOTO/VİDEO

image-1638766445_1638765693_61ad28abee8f461ad28abee8f5163873809161ad28abee8f161ad28abee8f2-1backend
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
 Busaat.az APA-ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Metronun 20 Yanvar stansiyası istiqamətində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü yolun birinci zolağında hərəkətdə olan zaman qəflətən onun qarşısına moped çıxıb. Mopedin sürücüsü idarəetməni itirdiyindən avtomobil ona çırpılıb. Qəza zamanı zərbə o qədər güclü olub ki, mopedi sürən şəxs bir neçə metr irəliyə atılıb.
Moped isə qəfil alışmağa başlayıb. Əraziyə FHN-nin DYMX-nin iki texnikası cəlb edilib. Yanğın söndürülüb. Ağır xəsarət alan şəxs Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti vasitəsi ilə xəstəxanaya çatdırılıb. Mopedi idarə edən şəxs komaya düşüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır.

1638766515 1638765726 61ad28abe805861ad28abe8059163873809161ad28abe805561ad28abe8056

 

1638766528 1638765714 61ad28abe312361ad28abe3124163873809161ad28abe312161ad28abe3122

 

1638766438 1638765682 61ad28abdbf9e61ad28abdbf9f163873809161ad28abdbf9c61ad28abdbf9d

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki