Məzmuna keç
  • Brent neft91.82 $▲0.43%
  • WTI neft86.22 $▲0.64%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.264 $▲1.59%
  • Qızıl4 029 $▼2.34%
  • Gümüş51.19 $▼3.86%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.00 ¢▲0.72%
  • Bitcoin73 137 $▼2.82%
  • Ethereum2 027 $▼4.96%
  • S&P 5007 484▼0.86%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Hadisə

Bakıda güclü yanğın: Helikopterlər HAVAYA QALDIRILDI - VİDEO

image-1653582161_p6ma3rpedrsdetnfiswwrt7mcdudhnrztthxd9g7
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün günorta saatlarında paytaxtda güclü yanğın olub.

Bakı Elektrik Maşınqayırma Zavodunun ərazisində plastmas istehsalı sexində baş vermiş yanğın o qədər güclü olub ki, hadisə yerinə 20 yanğınsöndürən avtomobil, xeyli sayda canlı qüvvə və hətta 2 helikopter cəlb olunub. Hadisə zamanı iki yanğınsöndürən xəsarət alıb.

Güclü yanğın tez bir zamanda zavodu ağuşuna alıb.

Hadisə günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Bakı Elektrik Maşınqayırma zavodunun plasmas istehsal sexində qəfildən yanğın olub. Hadisə yerinə yanğınsöndürmə qüvvələri cəlb edilib. Yanğının mürəkkəbliyi nəzərə alınaraq 20-ə yaxın yanğınsöndürən avtomobil və 80-ə canlı qüvvə hadisə yerinə gələrək alovu söndürməyə başlayıblar.

Yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib.

Yanğının baş vermə səbəblərinə gəlincə, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov bildirdi ki, bu hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən araşdırılır. /Xəzərxəbər/

 

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78186