Bakıda moda evi işlədən qadınlar cərimələndi

Bakıda moda evi işlədən qadınlar cərimələndibackend

Bakıda karantin qaydalarını pozaraq işləyən moda evi aşkar edilib.

Busaat.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən moda evi aşkarlanıb.

Belə ki, 28 may küçəsində yerləşən binada fəaliyyət göstərən moda evinin sahibi D.Bağırova və dərzi kimi işləyən S.Mərdəliyeva Polis Bölməsinə dəvət olunub. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90