Bakıya 115 yeni avtobus gətirilir – Fotobackend

Bakıya 115 yeni avtobus gətirilir.

Busaat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, Türkiyənin BMC şirkətinin istehsalı olan avtobuslar müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir. Sıxılmış təbii qaz müəhərrikli (CNG) avtobusların 80 ədədi 12 metrlik, 35-i isə 9 metrlik avtobuslardır.

İlkin olaraq 12 metrlik avtobusların çatdırılmasına başlanılacaq. Yaxın günlərdə başlanılacaq prosesin noyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır.

Agentlik bildirir ki, yeni avtobusların gətirilməsi ilə Bakı şəhərinin marşrut şəbəkəsi daha da müasirləşəcək və sərnişindaşıma daha rahat və təhlükəsiz təşkil olunacaq.

Avtobus parkının yenilənməsi çərçivəsində paytaxta elektirik mühərrikli avtobusların gətirilməsi də planlaşdırılır. Hazırda BMC və MAN şirkətləri ilə elektirik avtobuslarının gətirilməsi, onların çalışması üçün uyğun infrastrukturun qurulmasına dair müzakirələr aparılır.