“Bakıya səfərimdə yeni səhifə açmaq barədə razılığa gəldik” – Abdullahian

image-abdullahian-2backend

“Bakıya rəsmi səfərim zamanı yeni səhifə açmaq barədə razılığa gəldik”.

Busaat.az  xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian öz rəsmi tviter hesabında yazıb.

“Prezident İlham Əliyevlə səmimi görüşdə, xarici işlər naziri Ceyhun Bayramov və parlamentin sədri ilə müzakirələrdə əlaqələrimizi daha da inkişaf etdirmək üçün yol xəritəsi hazırladıq. Orada yaşayan iranlılarla tanış olmaqdan məmnun oldum. Biz qonşulara üstünlük verməyə davam edirik”, – deyə Abdullahian bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki