Bankların kredit ödənişləri ilə bağlı cərimələr yazması barədə RƏSMİ AÇIQLAMAbackend

“Banklarda kredit ödənişləri ilə bağlı gecikmələr yazılmayacaqdı. Bu, bankların könüllü qərarı idi”.

Busaat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, könüllü qərar olduğu üçün seçim bankların idi:

“Onlar sahibkarlara kömək etməlidir. Faktlar olarsa, biz araşdıra bilərik. Ola bilsin ki, vətəndaşın krediti ödəmək imkanı var və vəziyyətdən sui-istifadə edərək, ödənişdən qaçmaq istəyir və banklar da bunu biləndə, məcbur olub cərimələyirlər. Yardımdan sui-istifadə edilməməlidir”.