“Barselona”da prezident seçkilərinin vaxtı açıqlandı

“Barselona”da prezident seçkilərinin vaxtı açıqlandıbackend

İspaniya “Barselona”sında prezident seçkiləri 2021-ci ilin 20-21 mart tarixlərində keçiriləcək.

Busaat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, seçkilər müxtəlif yerlərdə baş tutacaq. Həmçinin poçt vasitəsilə də səsvermə mümkün olacaq.

Seçkilərin bu cür təşkili koronavirus pandemiyasının səbəb olduğu mövcud vəziyyətlə bağlıdır.

Qeyd edək ki, “Barselona”nın hazırkı prezidenti Jozep Bartomeu bu dəfə namizədliyini irəli sürməyəcək. Çünki o, ardıcıl 2 dəfə bu vəzifəyə seçilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90