Başına daş piltəsi düşən 14 yaşlı yeniyetmə xəstəxanada vəfat etdi – VİDEO

image-das-piltesibackend
Bakıda başına daş piltəsi düşən 14 yaşlı Əli Şabanov dünyasını dəyişib.
Busaat.az  xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Əli Şabanovun yaxınları məlumat veriblər. Hazırda uşağın nəşi evlərinə aparılır.
Məlumat üçün bildirək ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb. Aprelin 30-da axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşayan, 2004-cü il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb. Ağır kəllə-beyin travması alan Ş.Əli komaya düşüb. O, Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdı. Həkim uşağın vəziyyətini son dərəcə ağır qiymətləndirmişdi.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90