Belarus müxalifət lideri naməlum şəxslər tərəfindən saxlanılıb

Belarus müxalifət lideri naməlum şəxslər tərəfindən saxlanılıbbackend

Belarus müxalifətinin liderlərindən biri Mariya Kolesnikova Minskin mərkəzində naməlum şəxslər tərəfindən saxlanılıb.

Busaat.az xəbər verir ki, bu barədə “Tut.by” informasiya portalı məlumat verib.

Onun üzərində “Svyaz” (Əlaqə) yazısı olan mikroavtobusa mindirilib naməlum istiqamətdə aparıldığı bildirilib.

Müxalifətin Koordinasiya Şurasının mətbuat katibi Anton Rodnenkov Kolesnikovanı tapmağa çalışsa da, daha sonra onunla da əlaqə itib. Onların harada olduğu məlum deyil. Şuranın daha iki üzvü Maksim Boqretsov və İvan Kravtsov ilə də əlaqə yoxdur. Belarus Daxili İşlər Nazirliyi Kolesnikovanın saxlanılması barədə məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, 9 avqustda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə görə Belarusda kütləvi etirazlar davam edir. MSK-ya görə, altıncı müddətə namizəd olan Aleksandr Lukaşenko səslərin 80 faizini, ana müxalifət namizədi Svetlana Tixanovskaya isə 10 faizini qazanıb. Etirazçılar Lukaşenkonun istefasını və ədalətli seçkilərin keçirilməsini tələb edirlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90