Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 047 $▼1.72%
  • Ethereum1 898 $▼1.54%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İdman

Belçika millisinin futbolçuları arasında dava

image-173950_nny9tuo2fu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Belçika millisində DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Mərakeşə 0:2 hesablı məğlubiyyətdən sonra bəzi futbolçular arasında dava düşüb.

Qol.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, dünən Kevin De Brüyne, Eden Hazard və Yan Vertenqon arasında böyük mübahisə yaşanıb. Buna futbolçuların bir-birlərinin oyunundan razı qalmaması səbəb olub. Lukakunun müdaxiləsindən sonra davanın daha da böyüməsinin qarşısı alınıb.

Bildirilib ki, son vaxtlar komandada o qədər də yaxşı ab-hava formalaşmayıb, bəzi futbolçular bir-biri ilə ünsiyyət saxlamır. De Brüyne, Tibo Kurtua, Eden Hazard Leandro Trossardla danışmır . Hücumçular Romelu Lukaku və Mişa Batşuayi arasında çox da yaxşı münasibətlər yoxdur.

Futbolçular arasındakı davanı Belçika millisinin baş məşqçisi Roberto Martines təsdiqləyib: “Hazırda komanda daxilində gərginliyin olduğu doğrudur. Bu insanların yüksək eqoları var. Dünyanın ən çətin paltardəyişmə otaqlarından birinə sahibik”.

Qeyd edək ki, Belçika millisi F qrupunda 3 xalla 3-cüdür.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92208