Bərdədə çəkilmiş şəkil ilin fotoları sırasında yer alıb

Bərdədə çəkilmiş şəkil ilin fotoları sırasında yer alıbbackend

ABŞ-ın “Time” jurnalı 2020-ci ilin seçilən 100 şəklini yayımlayıb.

Busaat.az xəbər verir ki, jurnalda Azərbaycanın Vətən Müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin mülki şəxslərimizə hücumu nəticəsində Bərdə şəhərindən çəkilən şəkil də yer alıb.

“28 oktyabrda Fuad İsmayılovun bacısı Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərinə atdığı raket hücumu nəticəsindən öldükdən sonra onun əlindən öpür” , – deyə qeyd olunub.

Siyahıda 2020-ci ildə baş vermiş ən vacib hadisələri əks etdirən görüntülər yayımlanıb. Bunların arasında koronavirus pandemiyası, ABŞ-da Corc Floydun öldürülməsi ilə bağlı keçirilən aksiyalar, Belarusda etiraz aksiyaları, Beyrut Limanındakı partlayış, dünyanın müxtəlif yerlərində baş vermiş meşə yanğınlar və ilin digər vacib hadisələrinə dair görüntülər yer alıb.

Onlardan bəzilərini təqdim edirik:

Könüllülərdən biri Cənubi Avstraliyanın Kenquru adasında çıxan yanğın nəticəsində yaralanan koalanın üzərinə su tökür.

11 yaşlı Hoda Kinno, 4 avqustda Beyrutdakı limanda baş verən partlayışdan qısa müddət sonra əmisi Mustafa tərəfindən təxliyyə olunur.

60 yaşlı koronavirus pasienti Fransisko Espana Barselonadakı “Hospital del Mar” xəstəxanasının həkim heyətinin müşayiəti ilə günəşi seyr etmək üçün açıq havaya çıxarılıb.

Türkiyənin Ədirnə bölgəsində, Yunanistanla sərhəddə mart ayında yaşanan qarşıdurma zamanı yunan sərhədçilərinin atdığı gözyaşardıcı qazdan özünü qorumağa çalışır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90