Beriyanın nasistləri tora salmaq üçün seçdiyi 100 fahişənin acı taleyi – Onlar niyə güllələnib?

image-249665331_296855575410996_636766176662575898_nbackend

Stalinin hakimiyyəti dövründə sonsuz səlahiyyətlərə malik olan Lavrenti Beriyanın təşəbbüslərinin əksəri Kreml məmurları tərəfindən birmənalı olaraq qəbul edilib. Bunun bir səbəbi onun Stalinlə yaxın münasibətləri olubsa, digər səbəbi hər şeyə qadir “narkom”un unikal və ağılasığmaz təklifləri olub.

Belə təkliflərdən birini Beriya sovet-alman müharibəsinin ən ağır günlərində irəli sürüb.

1942-ci ilin yanvar ayında Beriya öz mühafizə rəisini, polkovnik Rafael Sarkisyanı yanına çağıraraq, olduqca vacib saydığı bir məsələnin icrasını ona tapşırıb.

Qeyd edək ki, Sarkisyan mühafizə rəisi olmaqla yanaşı, həm də Beriyanın “qara” işləri ilə məşğul olub. Əyləncə üçün qadınlar seçmək, kef məclisləri təşkil etmək, pul və hədiyyələri qəbul etmək və ya kiməsə ötürmək kimi işləri Beriya məhz Sarkisyana etibar edib.

Amma növbəti tapşırıq Sarkisyan üçün gözlnilməz olub. Mühafizə rəisi Beriyanın ilk cümləsindən çaşıb qalıb. Sonralar məhkəmədə Sarkisyan “şef”inin bütün sirrlərini açaraq həmin görüş haqqında aşağıdakı ifadəni verib:

“Yanılmıramsa, 1942-ci ilin yanvar ayının sonları idi. Beriya axşam saatlarında məni kabinetinə çağırdı. Kabinetə keçib bir neçə dəqiqə gözlədim. O, iş masasının üstündəki xəritədə karandaşla işarələr qoyurdu. Sonra kreslosundan qalxıb mənimlə üzbəüz dayandı:

  • Rafael, mənə təcili 100-ə yaxın qadın lazımdır.

Bu cür göstərişlər çox eşitmişdim. Amma birdən-birə 100 qadın məsələsini heç cür anlaya bilmirdim və təəccüblü bir şəkildə sual verməyə məcbur oldum:

  • Lavrenti Pavloviç, 100 qadın???
  • 100 qadın, amma onlar alman dilində mükəmməl danışmağı bacarmalıdırlar.

Mən bu qadınların nəyə lazım olduğunu soruşmadım. Buna icazəm yox idi. Ümimiyyətlə, Beriyaya sual vermək onun xoşuna gəlmirdi. Sadəcə, bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə soruşdum:

  • Yaş, milliyyət, hansı peşə sahibi olmalarının fərqi vacibdirmi?
  • Maksimum 35 yaş, rus qadınları, yaxud da rus qadınlarına bənzər. Ən əsası alman dilini bilmələri və məxfilik məsələsi. Onlardan agent qismində istifadə ediləcək. Təminat lazımi səviyyədə olacaq.

Mən tapşırığımı alıb səhərisi gündən onun icrasına başladım…”

Beriya bu qadınları almanların SSRİ-ni işğal etdiyi ərzilərdə açdıqları fahişəxanalarda istifadə etmək üçün “səfərbər” edib. Bu fahişəxanalar Almaniya hökuməti tərəfindən işğal olunmuş ərazilərdə rəsmi şəkildə fəaliyyət göstərib.

Belə ki, İkinci Dünya müharibəsi başladıqdan bir neçə ay sonra Almaniyanın daxili işlər naziri Vilhelm Frik Hitlerlə məsləhətləşmələrdən sonra Vermaxt qoşunlarının şəxsi heyəti üçün səhra fahişəxanalarının yaradılması ilə bağlı əmr imzalayıb. Məqsəd alman döyüşçülərinin intim problemlərini həll etməklə yanaşı, həm də onları zöhrəvi xəstəliklərdən qorumaq, təsadüfi cinsi əlaqələrdən yayındırmaq və zorlama hallarına yol verməmək olub. O, cümlədən SSRİ-nin işğal olunmuş ərazilərində də bu cür fahişəxanalar fəaliyyət göstərib.

Həmin fahişəxanalara digər işğal olunmuş ölkələrdən, o cümlədən SSRİ-nin işğal olunmuş ərazilərdən qadınlar cəlb olunub. Cəlbetmə məsələsi əvvəlcə könüllü olsa da, sonralar məcburi şəkildə həyata keçirilib.

Fahişəxanalarının rəhbərləri həkimlərdən təyin olunub. İntim xidmət göstərən qadınlar hər gün tibbi yoxlamadan keçib. Zərurət yarandığı halda onlar müayinə və müalicə üçün xəstəxana və hospitallara göndəriliblər.

Nasistlrərin fahişəxanaları üç kateqotiyaya bölünüb. Sıravi döyüşçülər, serjantlar və yüksək rütbəli zabitlər üçün. Hər alman döyüşçüsünə ay ərzində dörd dəfə öz intim ehtiyacını ödəmək imkanı verilib. Bunun üçün onlara ayda dörd icazə talonu verilib. Fahişəxanalardakı bütün xərclər Almaniya hökuməti tərəfindən ödənilib.

Beriya alman dilini bilən rus qadınlardan yüksək rütbəli zabitlər üçün nəzərdə tutulan fahişəxanalarda istifadə etməyi planlaşdırıb. Qadın “seçimi” məsələsində peşəkar olan Sarkisyan çox qısa müddətdə alman dilini bilən və yaşı 35-dən aşağı olan 76 qadının siyahısını Beriyaya təqdim edib. Əvvəlcə onlara xüsusi təlimat verilib. Bildirilib ki, onlar alman zabitlərinin yanında özlərini elə aparmalıdırlar ki, guya alman dilində bir kəlmə də bilmirlər. Təlimatda həmin qadınlar alman zabitlərini öz hesablarına içkiyə dəvət etmələri və onları sərxoş vəziyyətə salmaları da göstərilib. Qadınlara göstəriş verilib ki, onlar alman zabitlərinə elə intim xidmət göstərməlidirlər ki, fahişəxanadan çıxdıqdan sonra da əlaqələri davam etsin.

Beriyanın planı uğurlu alınıb. Altı ay ərzində alman zabitlərinə intim xidmət göstərən qadınlar onlarla daimi əlaəqələr quraraq, 120-yə yaxın məxfi məlumat əldə etməyə nail olublar. Qadınların alman dilini bilmədiklərini zənn edən zabitlər telefon danışıqlarında, yazışmalarında özləri də bilmədən SSRİ üçün vacib olan informasiyaları həmin qadınlara ötürüblər.

Xidmət göstərdikləri ərəfədə Beriya tərəfindən qadınlara yüksək “qonorar” verilib. Amma həmin vəsaiti xərcləmək onlara qismət olmayıb.

Məhkəmə prosesində Sarkisyan bu məsələyə də aydınlıq gətirib:

“Həmin qadınlar öz missiyalarını yerinə yetirdikdən sonra Beriya onların bir çoxunu “vətən xaini” adı ilə sürgünə göndərdi, bəziləri güllələndi, bəziləri isə “bədbəxt hadisə” nəticəsində yoxa çıxarıldı. Həmin qadınlarla bağlı sənədlərin də əsas hissəsi məhv edildi. Bu məsələdə mən yalnız icraçı rolunda olmuşam. “NKVD”-nin nizamnaməsinə görə Beriyanın əmrlərini müzakirəsiz icra etmək mənim vəzifə borcum olub…”

İlham Cəmiloğlu

Sfera.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki