Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.07 $▼4.76%
  • WTI neft81.42 $▼3.92%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.343 $▲5.72%
  • Qızıl3 737 $▼1.33%
  • Gümüş44.91 $▼1.96%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda587.50 ¢▼2.93%
  • Bitcoin63 026 $▼2.85%
  • Ethereum1 766 $▼3.12%
  • S&P 5007 328▼0.17%
9°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

“Beynəlxalq ictimaiyyət bunu yalnız bizim çiyinlərimizə buraxa bilməz” – Feridun Sinirlioğlu

image-turkiye-bmt
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Beynəlxalq cəmiyyət Suriyadakı humanitar vəziyyətin məsuliyyət yükünü Türkiyəyə yükləməməlidir”.

Busaat.az  xəbər verir ki, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu Suriyadakı insan haqları vəziyyətinə dair BMT Baş Məclisinin iclasında münasibət bildirib.

“Beynəlxalq ictimaiyyət bu faciədən üz döndərə və bunu yalnız bizim çiyinlərimizə buraxa bilməz. Suriyanın şimal-qərbində 3 milyon insan Türkiyə tərəfindən həyata keçirilən BMT-nin sərhədyanı əməliyyatlarına güvənir”,- deyə səfir qeyd edib.

Diplomat Bəşər Əsəd rejiminin repressiyalarından qaçan 4 milyon suriyalının Türkiyəyə sığındığını xatırladıb. Onun sözlərinə görə, Ankara Türkiyə sərhədi yaxınlığında yaşayan 5 milyon da daxil olmaqla, 9 milyon suriyalıya qorunma və yardım təmin edir.

Türk diplomat BMT rəsmilərinin Suriyadakı ehtiyac sahiblərinə birbaşa çatması üçün əlavə nəzarət nöqtələrinin açılmasının vacibliyini vurğulayıb.

“Bu, siyasi bir məsələ deyil. Bu, təxirəsalınmaz humanitar vəzifədir. Buna görə cəsarət göstərin və Suriya xalqına kömək əlini uzadın”,- deyə Siniroğlu bildirib.

Səfir, həmçinin Suriya rejiminin davam edən qanunsuz hərəkətlərinə və “COVID-19” pandemiyası fonunda bu ölkədə böhranın kəskinləşməsinə diqqət çəkib, Türkiyənin Suriyadakı atəşkəsə əməl olunması üçün səy göstərdiyini vurğulayıb.

Siniroğlu Türkiyənin Suriyada İŞİD ilə təkbətək savaşan və bu təşkilatın 4 mindən çox silahlısını zərərsizləşdirən tək Nato ölkəsi olduğunu xatırladıb.

Eyni zamanda daimi nümayəndə, beynəlxalq cəmiyyəti terror təşkilatı PKK/YPG tərəfindən edilən hücumlara və insan haqlarının pozulmasına lazımi diqqət yetirməyə çağırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=38667