“Bitcoin”in qiymətində yeni REKORD

image-bitkoinbackend

Kriptovalyuta bazarında hərəkətlilik müşahidə olunur.

Busaat.az xəbər verir ki, xüsusən dünyanın ən məşhur virtual pulu olan “Bitcoin”də bir müddət əvvəl başlayan yüksəliş davam etməkdədir.

Son günlər mütəmadi olaraq öz rekordunu yeniləyən “Bitcoin”in qiyməti 56 min 600 dollara çatıb. Bununla kriptovalyuta bazarında indiyədək görünməmiş rekord qeydə alınıb.

Xatırladaq ki, “Tesla”nın sahibi İlon Maskın virtual pulun loqosunu öz sosial şəbəkə profilində paylaşması “Bitcoin”in qiymətinin yüksəlişə keçməsinə səbəb olmuşdu. Fevralın 8-də şirkət “Bitcoin”ə 1,5 milyard dollar yatırım edib, fevralın 16-da isə kriptovalyutanın dəyəri 50 min dolları ötüb.

Onu da əlavə edək ki, kriptovalyutanın bazar dəyəri hazırda 1 trilyon dollara çatıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90