Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 024 $▲1.43%
  • Ethereum1 828 $▲3.36%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

“Biz söhbət etməliyik, de görüm, nə olub?” – Paşinyan müdafiə nazirini ifşa edən VİDEO PAYLAŞDI

image-pasinyan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyanın TikTok sosial platformasında respublikanın keçmiş müdafiə naziri Arşak Karapetyanla yazışmalarının mətnini paylaşıb.

SAVASH.ORG-un məlumatına görə, erməni mediası yazışmaların 14 noyabr 2021-ci il tarixinə aid olduğunu iddia edir.

Paşinyanın paylaşdığı videoda bunları deyib: “Noyabrın 14-də səhər Arşak Karapetyan mənə bildirdi ki, sərhəddə sakitlikdir. Amma sonradan öyrəndim ki, onun məruzə etdiyi vaxt Azərbaycan qoşunları müxtəlif istiqamətlərdən Ermənistan Respublikasının ərazisinə daxil olmuş və bəzi məntəqələri tutmuşdular. Mənim iki variantım var: Ya müdafiə naziri Arşak Karapetyanın heç nədən xəbəri olmayıb, ya da mənə qəsdən yalan məlumat verib”.

Bunun ardınca isə Paşinyan keçmiş müdafiə nazirinin 2021-ci il noyabrın 14-ü, səhər saat 09:38-də ona göndərdiyi və “hər şeyin qaydasında olduğundan” bəhs edən səsli mesajı paylaşıb.

Paylaşımdan belə anlaşılır ki, Karapetyan, artıq günorta, saat 16:12-də Paşinyanla əlaqəni tamamilə kəsir və Baş nazir ona aşağıdakı məzmunda silsilə mesajlar yazır: “Biz ciddi söhbət etməliyik”, “Siz hər şeyə görə izahat verməlisiniz”, “Nə olub?”.

Arşak Karapetyan isə ittihamlara cavab olaraq bəyan edib ki, Baş nazirin onun haqqında dediklərinin reallıqla heç bir əlaqəsi yoxdur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=137575