
Britaniya gəmisinə hücum edilib
Böyük Britaniyaya məxsus gəmi Ərəbistan dənizində Oman sahillərində hücuma məruz qalıb.
Busaat.az xəbər verir ki, bu haqa məlumatı “United Kingdom Maritime Trade Operations” təşkilatı yayıb.
İnsident iyulun 29-u axşam saatlarında Masira adasının şimal-şərqində baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.
“Reuters” agentliyinin məlumatına görə, insidentin detalları açıqlanmayıb. Lakin hücumun quldurlarla əlaqəli olmadığı güman edilir.























