“Brüsseldə heç bir sənəd imzlanmayacaq“ – Armen Qriqoryan

image-qriqorbackend

“Ermənistanın Baş naziri Nikol Paşinyan, Aİ Şurasının sədri Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə keçiriləcək üçtərəfli görüşündə hər hansı sənədin imzalanması gözlənilmir”.

Busaat.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O, görüşün gündəliyinin gizli saxlanılması ilə bağlı səsləndirilən tənqidlərə toxunub.

“Bu, çox qəribə tənqiddir, çünki Azərbaycanla apardığımız müzakirələrin hazırkı gündəliyi hamıya məlumdur.Bu, bizim və Azərbaycanın münasibətlərin normallaşması və ya sülh danışıqlarının başlanması üçün təqdim etdiyi məqamlardır ki, onlar da dərc olunur. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli, məhbusların qaytarılması, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, regional kommunikasiyaların açılması, demarkasiya və delimitasiya, eləcə də sərhəd təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın fəaliyyətə başlaması ilə bağlı məsələlər mövcuddur. Bu, əvvəlki görüşlərdə müzakirə olunan gündəmdir”.

A. Qriqoryan əlavə edib: “Brüsseldə hər hansı bir sənədin imzalanması gözlənilmir. Regional kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupu, eləcə də Baş nazir müavinlərinin həmsədrliyi burada özünü göstərir. Hesab edirəm ki, ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların müzakirəsi bu formatda davam etdirilməlidir.

Eyni şeyi işçi formatlarda daha ətraflı müzakirə olunan digər məsələlər haqqında da demək olar. Ona görə də, Brüsseldə heç bir sənədin imzalanması nəzərdə tutulmur. Müzakirələrin nəticələri ilə bağlı icitmaiyyətə məlumat veriləcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90