“Bu addımın Ermənistan üçün bədəli çox ağır olacaq” – Partiya sədri

“Bu addımın Ermənistan üçün bədəli çox ağır olacaq” – Partiya sədribackend

 

“Rəsmi İrəvanın köçürülmə siyasəti Türkiyə və Azərbaycana bölgədə birgə antiteror əməliyyatlarına başlamaq üçün tam hüquqi-siyasi əsas verir”.

Bunu Livan və Suriya erməniləri ilə yanaşı, PKK terrorçularının işğal olunmuş ərazilərimizdə yerləşdirilməsinə münasibət bildirən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Busaat.az-a açıqlamasında bildirib.

Partiya sədri hesab edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi başa düşməlidir ki, onların məkrli oyunları, avantürist planları “bumeranq effekti” ilə nəticələnə bilər:

“Məlum məsələ zaman-zaman gündəmə gəlib və hazırda da öz aktuallığını saxlamaqdadır. Ermənistan hakimiyyəti bu “kart”ı işə salmaqla, məkrli oyunlara rəvac verir. Lakin düşmən ölkə öz qurduğu “tələ”yə düşəcək. Rəsmi İrəvanın Dağlıq Qarabağdakı xunta rejimi ilə əlbir olaraq PKK yaraqlılarını və erməni muzdlu döyüşçülərini işğal olunmuş ərazilərimizdə cəmləşdirməyə çalışması Türkiyə və Azərbaycana bölgədə birgə antiteror əməliyyatlarına başlamaq üçün tam hüquqi-siyasi əsas verir.

Azərbaycan zatən ilk gündən də bu hüquqa malik idi. Lakin Suriya və Livan ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsinin ardınca, indi də PKK militanlarının işğal olunmuş ərazilərimizə gətirilməsi Türkiyənin də məsələyə fəal şəkildə müdaxilə etməsinə zəmin yaradır. Paşinyan iqtidarının “məskunlaşdırma” adı altında həyata keçirdiyi bu mənhus planın Ermənistan üçün bədəli çox ağır olacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90