Bu gecə məscidlərin açılacağı xəbərləri ilə bağlı AÇIQLAMA

Bu gecə məscidlərin açılacağı xəbərləri ilə bağlı AÇIQLAMAbackend

Bu gecə məscidlərin açılacağı ilə bağlı heç bir açıqlama verməmişəm. Məscidlərdə, kütləvi yerlərdə insanların bir yerə yığılması qadağasını Nazirlər Kabineti yanında Operativ Qərargah verib”.

Busaat.az xəbər verir ki bu sözləri  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib.

O, bildirib ki, bu gün bir qrup xanım dindarın onunla görüşdən sonra məscidlərin bu gecə açılacağı ilə bağlı fikirləri yanlışdır: “Təxminən 10-15 dindar xanım Qafqaz Müsəlmanları İdarəsinə gəlmişdi. Mən onlardan bir-ikisi ilə görüşdüm, istəklərinin rəhbərliyə çatdırılacağını dedim.

Mən heç kimə bu gecə məscidlər açılacaq sözünü deməmişəm. Məscidlərdə, kütləvi yerlərdə insanların bir yerə yığılması qadağasını Nazirlər Kabineti yanında Operativ Qərargah verib.

Biz özbaşına addım ata bilmirik, mən necə belə bir şey deyə bilərəm? Mənim adımdan bu cür xəbərlərin yayılması yanlışdır”.

Metbuat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90